Hənbəlin rəvayətində gəlir ki, İmam Əhməd -rahiməhullah- qurbanlıq və əqiq niyyəti ilə bir heyvanı kəsmək barədə dedi:
أرجو أن تجزئ الأضحية عن العقيقة إن شاء الله تعالى لمن لم يعق
“İnşəAllah əqiq kəsməmiş insan üçün qurbanlıq heyvanın, əqiqi də, əvəz edəcəyinə ümid edirəm.
İmam əl-Buhuti əl-Hənbəli -rahiməhullah- dedi:
وَإِنْ اتَّفَقَ وَقْتُ عَقِيقَةٍ وَأُضْحِيَّةٍ ، بِأَنْ يَكُونَ السَّابِعُ أَوْ نَحْوُهُ مِنْ أَيَّامِ النَّحْرِ ، فَعَقَّ أَجْزَأَ عَنْ أُضْحِيَّةٍ ، أَوْ ضَحَّى أَجْزَأَ عَنْ الْأُخْرَى ، كَمَا لَوْ اتَّفَقَ يَوْمُ عِيدٍ وَجُمُعَةٍ فَاغْتَسَلَ لِأَحَدِهِمَا
Əqiq ilə qurbanlıq heyvanı eyni vaxta təsadüf edəcəyi, yəni (doğulmuş uşağın) yeddinci günü və ya əqiqin digər vaxtı qurban kəsilən (ən-nəhr) gününə təsadüf edəcəyi zaman, insanın əqiqi kəsməsi qurbalığı yaxud qurbanlığı kəsməsi əqiqi də, əvəz edəcək. Eynilə də, bayram günü və cümə günü bir günə təsadüf edəcəyi zaman insanın biri üçün qüsl alması buna misaldır (yəni biri üçün aldığı qüsl digəri üçün də keçərli olacaq.) (Şərhu muntəhəl iradət:1/617)
Habelə İmam Buhuti -rahiməhullah- dedi:
وَلَوْ اجْتَمَعَ عَقِيقَةٌ وَأُضْحِيَّةٌ ، وَنَوَى الذَّبِيحَةَ عَنْهُمَا ، أَيْ : عَنْ الْعَقِيقَةِ وَالْأُضْحِيَّةِ أَجْزَأَتْ عَنْهُمَا نَصًّا
Əqiq ilə qurbanlıq bir vaxta düşərsə və insan hər iki ibadətdən ötrü (bir heyvanı) kəsməyi niyyət edərsə, yəni həm əqiq həm də, qurbanlıq üçün bir heyvanı kəsməyi niyyət edərsə, nass olaraq (imam Əhməddən gələn açıq sözə əsasən) hər ikisi üçün keçərli olacaq. (Kəşşəful qina:3/30)
Alləmə Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:
لَوِ اجْتَمَعَ عَقِيقَةٌ وَأُضْحِيَّةٌ فَهَلْ يُجْزِئُ عَنِ الْعَقِيقَةِ إنْ لَمْ يَعُقَّ؟ فِيهِ رِوَايَتَانِ مَنْصُوصَتَان... قَالَ فِي رِوَايَةِ حَنْبَلٍ: أَرْجُو أَنْ تُجْزِئَ الْأُضْحِيَّةُ عَنْ الْعَقِيقَةِ
“Əgər əqiq ilə qurbanlıq bir vaxta düşərsə, əqiq kəsməyən şəxs üçün qurbanlıq heyvanı əqiqi də, əvəzləyəcəkmi? Bu barədə imam Əhməddən iki rəvayət nəql olunur ... Hənbəlin rəvayətində İmam Əhməd dedi: Qurbanlıq heyvanın, əqiqi da, əvəz edəcəyinə ümid edirəm. (əl-İnsaf:4/101)
İmam İbn əl-Qayyim -rahiməhullah- dedi:
فَإِذا ضحى وَنوى أَن تكون عقيقة وأضحية وَقع ذَلِك عَنْهُمَا؛ كَمَا لَو صلى رَكْعَتَيْنِ يَنْوِي بهما تَحِيَّة الْمَسْجِد وَسنة الْمَكْتُوبَة،
“İnsan qurbanlıq kəsəcəyi və kəsdiyi heyvanın həm əqiq həm də, qurbanlıq üçün olduğunu niyyət edəcəyi zaman, hər ikisi keçərli olacaq. Eynilə insanın iki rükət namaz qılıb həm təhiyyət namazını həm də, fərz namazının sünnətini niyyət etməsi buna misaldır.” (Tuhfətul məudud biəhkəmil məulud:87-ci səh)
Xülasə: Övladının əqiqini kəsməyən insan, qurbanlıq bayramında heyvan kəsəcəyi zaman, onun bir heyvanı kəsməsi və həm qurbanlığı həm də, əqiqi niyyət etməsi hənbəli məzhəbində olan mötəbər görüşə görə keçərlidir və icazəlidir.