Hənbəli imamları Uca Allahın ərşin fövqündə olduğunu isbat etsələr də, Uca Allahın onu çərçivəyə salacaq bir məkanda olmadığını demişlər. Yəni Uca Allahdan həddi inkar etmişlər. Çünki Uca Allah ərşin fövqündə olsa da, Onun bir məkanda mövcud olduğunu demək küfrdür. Uca Allah məkansız mövcuddur. Çünki Allahın məkanda mövcud olduğunu iddia etmək, məkanın da, Allah ilə yanaşı əzəli olmasını gərəkdirir. Bu səbəbdən hənbəli imamlarının kitablarında məkan və həddin inkar edildiyi sözlər çoxdur.
İmam Lələkai -rahiməhullah-
Usulul itiqad kitabında Hənbəlin rəvayətini nəql edir:
وفي رواية حنبل أنه سئل عن قوله وهو معكم أينما كنتم ، وقوله ما يكون من
نجوى ثلثه إلا هو رابعهم قال: علمه عالم بالغيب
والشهادة علمه محيط بالكل وربنا على العرش بلا حد ولا صفة وسع كرسيه السموات
والأرض بعلمه .
Hənbəlin rəvayətində gəlir
ki, İmam Əhmədə ayələr barədə sual verildi: “Harada olsanız O sizinlə birgədir.”
Habelə digər ayə: “Üç nəfərin gizli söhbətində Allah dördüncüdür.” Əhməd dedi:
Onun elmi. O qeybi və aşkarı biləndir və Onun elmi hər bir şeyi əhatə edir.
Bizim Rəbbimiz hədsiz və sifətsiz ərşin fövqündədir. Onun kürsüsü göyləri və
yeri elmi ilə əhatə edir. (Şərhu usuli itiqadi əhlis sünnə:3/402)
Hənbəlin rəvayət etdiyi
digər bir nəqildə İmam Əhməd –rahiməhullah- buyurdu:
ولا يوصف الله تعالى بأكثر مما وصف به نفسه، أو وصفه به رسوله، بلا حد
ولا غاية
Allaha hədd yaxud qayə nisbət etmədən Onun
Özünü vəsf etdiyindən çox vəsf etmirik. (əs-Sünnə lil-xalləl)
Qadı Əbu Yalə -rahiməhullah-
buyurdu:
و لا يجوز عليه الحد و لا نهاية و لا القبل و لا البعد و لا تحت و لا
قدام و لا خلف لأنها صفات لم يرد الشرع بها، و هي صفات توجب المكان و لا يجوز عليه
الكيف
Uca
Allaha hədd, son, öncəlik, sonralıq, aşağılıq, ön, arxa icazəli deyil. Çünki
bu, şəriətdə gəlməyən sifətlərdir. Habelə bu sifətlər məkanı vacib edir.
Halbuki Ona keyfiyyət icazəli deyil. (əl-Mutəməd:57)
Habelə Qadı -rahiməhullah-
dedi:
و الدلالة على أنه لا يجوز إطلاق القول عليه بأنه في كل مكان هو أن
إضافته إلى المكان توجب قدم االمكان بقدمه تعالى
Habelə
Uca Allahın hər bir yerdə olduğunu deməyin icazəli olmadığına dəlalət edən digər
bir amil, Allaha məkanı izafət etməyin, Uca Allahın qədimliyi ilə yanaşı məkanın
da qədim olmasını vacib edir. (əl-Mutəməd)
Habelə Qadı -rahiməhullah-
dedi:
فإن قيل: هو محدود و له نهاية قيل: هو خالق المحدودات و جاعل ذي
النهايات ليس بمحدود و لا متناه هو الذي لا تحيطه النهايات و لا تلحقه الغايات
Əgər
deyilsə ki: O məhduddur və Onun son bir həddi var, deyiləcək: O məhdud olan
şeyləri yaradandır, son hədləri icad edəndir. Onun Özü isə məhdud və son həddi
olan deyil. Sonluqlar Onu əhatəyə almaz və O qayələrə məruz qalmaz. (əl-Mutəməd:58)
Qadı Əbu Yalə əl-Hənbəli -rahiməhullah-
buyurdu:
و لا يجوز وصفه بأنه في كل مكان و لا
في مكان، و يجوز أن يقال إنه تعالى في السماء على العرش خلافا للمعتزلة في
قولهم: هو في لا مكان، و المجسمة في قولهم: هو في مكان، و الأشعرية في قولهم: لا
يجوز إطلاق القول عليه بأنه في السماء ، فأجاز أحمد رحمه الله إطلاق القول بأنه في
السماء لا على وجه الحد لورود الشرع بإطلاق ذلك، و لم يجز إطلاق القول في مكان لأن
الشرع لم يرد بإطلاقه
Uca
Allahı, Onun hər bir məkanda və yaxud bir məkanda olması ilə vəsf etmək icazəli
deyil. Halbuki Allahın ləməkanda olduğunu deyən mötzəlililərdən, habelə Allahın
məkanda olduğunu deyən mucəssimlərdən və Allahın səmada olduğunu deməyin icazəli
olmadığını deyən əşarilərdən fərqli olaraq Onun səmada, ərşin üzərində olduğunu
demək icazəlidir.
İmam
Əhməd Allahın səmada olduğunu deməyi icazəli
gördü. Bunu isə hədd yönündən deməmişdir. Bunu şəriətdə bu ifadənin
varid olmasından ötrü icazəli görüb. Habelə şəriətdə istifadəsi gəlmədiyi üçün
məkanda olduğunu demək icazəli deyil. (əl-Mutəməd:93)
Rizqullah İbn Abdul-Vahhəb
ət-Təmimi əl-Hənbəli -rahiməhullah- dedi:
لا نقول إن العرش مكانه لأن الأمكنة صنعة الله و هي بعده و لا نقول إنه
بذاته قاعد على العرش أو قائم أو مضطجع و لا نائم و لامماس و لا ملاصق، بل نطلق
الصفة كما نطق به القرآن و نضرب عن الخوض فيما لا يبلغ حقيقته اللسان
Biz demirik ərş Onun məkanıdır.
Çünki məkanlar Allahın yaratdıqıdır və onlar Ondan sonradır. Habelə demirik ki,
O zatı ilə ərşdə oturub yaxud durub yaxud uzanıb, yaxud yatıb və ya toxunub yaxud
təmas edib. Biz Qurani Kərimin xəbər verdiyi kimi sifəti mütləq deyirik və
dilin, həqiqətinə çatmayacağı şeylər barədə danışmağı tərk edirik.
İmam İbn Bəlbən əl-Hənbəli
-rahiməhullah- Qaləidul iqyan adlı kitabında buyurdu:
فمن اعتقد أو قال إن الله بذاته في كل مكان أو في مكان فكافر
Kim Allahın Zatı ilə hər məkanda yaxud bir məkanda olduğunu etiqad etsə
və ya desə kafir olur.
Habelə Abdul-Baqi əl-Məvahibi
əl-Hənbəli -rahiməhullah- əl-Aynu val əsər fi aqaidi əhlil əsər kitabında dedi:
فمن اعتقد أو قال إن الله بذاته في مكان فكافر
Kim Allahın Zatı ilə məkanda
olduğunu etiqad etsə yaxud desə kafir olur.
İmam
Səffərini –rahiməhullah- Ləvamiul ənvar adlı mənzuməsində buyurur:
سبحانه قد استوى كما ورد ... من غير كيف قد تعالى أن يحد
O
pak və nöqsansızdır və varid olduğu kimi keyfiyyətsiz (ərşə) isteva etmişdi.
Uca Allah məhdud olmaqdan Ucadır. (Ləvamiul ənvar:1/181)