Şəmsuddin əz-Zərkaşi əl-Hənbəli –rahiməhullah-  Xiraqinin müxtəsərinə şərhində dedi:


فلو كان به ما يقتضي الغسل من جنابة أو غير ذلك، فإنه يغسل


Əgər onda qüslu gərəkdirən cənabət və digər amillər olarsa, bu zaman (şəhid) qüsl ediləcək.


Əbul Bərakət İbn Teymiyyə əl-Hənbəli –rahiməhullah- əl-Muharrar kitabında dedi:


لا يغسل شهيد المعركة إلا لجنابة


Döyüş şəhidi cənabət istisna olmaqla qüsl edilməz.


İmam Aləuddin əl-Mərdavi əl-Hənbəli –rahiməhullah- əl-İnsaf kitabında dedi:


و الشهيد لا يغسل إلا أن يكون جنبا، يعنى فيغسل، و هو المذهب و عليه الجمهور


Şəhid qüsl edilmir. Yalnız cünublu istisnadır. Yəni cünublu üçün qüsl alınır. Məzhəbin görüşü budur və əshabın əksəriyyəti bu görüş üzərədirlər.


Burhanuddin İbn Muflih əl-Hənbəli –rahiməhullah- əl-Mubdi` kitabında dedi:


والشهيد وهو من قتل بأيدي الكفار في معركتهم لا يغسل، لما روى جابر أن النبي - صلى الله عليه وسلم -أمر بدفن قتلى أحد في دمائهم ، ولم يغسلهم ، ولم يصل عليهم رواه البخاري ، ولأحمد معناه ، وظاهره : ولو كان غير مكلف صرح به في الفروع ، وجزم أبو المعالي بتحريمه ، وحكي رواية ; لأنه أثر الشهادة والعبادة وهو حي . إلا أن يكون جنبا فإنه يغسل على الصحيح لما روى ابن إسحاق في المغازي عن عاصم بن عمر بن قتادة عن محمود بن لبيد أن النبي ـ صلى الله عليه وسلم ـ قال : إن صاحبكم لتغسله الملائكة ، يعني حنظلة ، قالوا لأهله : ما شأنه ؛ فقالت : خرج وهو جنب حين سمع الهائعة ، فقال النبي ـ صلى الله عليه وسلم ـ : لذلك غسلته الملائكة وفي " الكافي " أنه رواه أبو داود الطيالسي   


Kafirlərin əli ilə döyüşdə qətlə yetirilən şəhid, qüsl edilmir. Çünki Cabir Allahın Peyğəmbərindən –salləllahu aleyhi və səlləm- rəvayət edir ki, o Uhud döyüşündə öldürülmüş müsəlmanları öz qanında dəfn etmələrini əmr etdi, onlara qüsl almadı və onlar üçün cənazə namazını qılmadı. Hədisi Buxari rəvayət edib. İmam Əhməd də, bu mənada olan hədis rəvayət edib. Onun zahiri (üstün olan): Mukəlləf olmazsa belə həmin şəxsin (yəni şəhidin) qüsl edilməməsidir. əl-Furu kitabında müəllif bunu açıq bəyan etdi. Əbul Məali isə bunun (qüsl almağın) haram olmasını qəti ifadə etdi. Rəvayət olaraq belə hekayət edilir: Çünki bu (onun qanlı halda dəfn edilməsi), sağ ikən şəhadətin və ibadətin izləridir. Ancaq cünublu olması istisnadır. Bu halda səhih görüşə əsasən ona qüsl alınır. İbn İshaq əl-Məğazi kitabında Asim İbn Ömər İbn Qatədədən, o da Mahmud İbn Ləbiddən rəvayət edir ki, Peyğəmbər –salləllahu aleyhi və səlləm- demişdir: Sizin yoldaşınızı mələklər qüsl edir, yəni Hanzalanı. Onlar onun zövcəsindən soruşdular: Buna səbəb nədir? Qadın dedi: Çağırışı eşitdikdə o cünublu halda döyüşə çıxdı. Allah Rəsulu –salləllahu aleyhi və səlləm- dedi: Bu səbəbdən onu mələklər qüsl etdilər. əl-Kəfi də, bunu Əbu Davud ət-Tayəlisinin rəvayət etdiyi gəlmişdir.


İmam Musa əl-Həccəvi əl-Hənbəli –rahiməhullah- əl-İqna kitabında dedi:


و يحرم غسل شهيد المعركة المقتول بأيديهم، و لو غير مكلف، أو غالا: رجلا أو امرأة إلا أم يكون جنبا أو حائضا أو نفساء


Kişi yaxud qadın olub düşmənlərin əli ilə ödürülən döyüş şəhidini, mükəlləf olmazsa belə, yaxud bölgüsü aparılmamış qənimətə əl uzadarsa belə, qüsl etmək haramdır. Ancaq cünublu şəxs yaxud heyzli və nifaslı qadın istisnadır (yəni onlar qüsl edilir).


Xülasə: Bəlli olur ki, hənbəli imamları döyüş şəhidinin qüsl edilməyəcəyini qeyd etmişlər. Ancaq əgər döyüş yerində şəhid olmuş müsəlman cünublu olarsa, bu zaman onun üçün qüsl alınacaq.