İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- buyurdu:
(و يجب مسح أذنيه ظاهرهما و باطنهما، لأنهما من الرأس) لقوله عليه السلام "الأذنان من الرأس" رواه ابن ماجه، (و يسن) مسحهما (بماء جديد بعد) مسح (رأسه)
“(Dəstəmaz zamanı) qulaqların çöl və iç tərəfinə məsh çəkmək vacibdir. Çünki qulaqlar başdan hesab olunur. Allah Rəsulu -aleyhi sələm- bu xüsusda buyurur: “Qulaqlar başdan bir hissədir.” Hədisi İbn Macə rəvayət edib. Başa məsh çəkəndən sonra qulaqlara təzə su ilə məsh çəkmək isə sünnədir.” (Kəşşəful qina:1/100)
İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- buyurdu:
الرواية الثانية: يجب مسحهما، نص عليه، قال الزركشي: اختاره الأكثر ... و هو من المفردات
“İkinci rəvayət: Qulaqlara məsh çəkməyin vacib olmasıdır. (İmam Əhməd) bunu açıq şəkildə bildirdi. Zərkəşi dedi: Əksəriyyət bu görüşü seçmişlər...Bu görüş məzhəbin mufrədatıdır. (Təshihul furu:1/181-182)