Muvaffəquddin İbn Qudamə -rahiməhullah- əl-Muqni` kitabında buyurur ki:
فمتى لاقى ببدنه أو ثوبه نجاسة غير معفو عنها أو حملها لم تصح صلاته
"Bağışlanmayan (yəni cuzi olmayan) nəcasət insanın bədəninə yaxud paltarına bulaşarsa yaxud insan (namazda) üstündə nəcasət daşıyarsa onun namazı səhih olmayacaq."
Şəmsuddin İbn Qudamə əl-Maqdisi -rahiməhullah- əş-Şərhul kəbir kitabında dedi:
و إن حمل النجاسة في الصلاة، لم تصح صلاته، كما لو كانت على بدنه أو ثوبه... ولو حمل قارورة مسدودة فيها نجاسة لم تصح صلاته
"İnsanın bədəni yaxud paltarı nəcasətə bulaşdığı kimi, əgər insan namazda nəcasət daşıyarsa, onun namazı səhih olmayacaq. Əgər insan namazda ağzı tıxaclı bir şüşə qabda nəcasəti daşıyarsa, onun namazı səhih olmayacaq."
İmam Mənsur əl-Buhuti -rahiməhullah- ər-Rəudul murbi` adlı kitabında dedi:
فمَن حَمَلَ نَجَاسَةً لا يُعْفَى عَنْهَا ولو بقَارُورَةٍ, لم تَصِحَّ صَلاتُه
"Bağışlanmayan bir nəcasəti hətta şüşə bir qabda olarsa belə daşıyan şəxsin namazı səhih olmaz."
İmam Mənsur əl-Buhuti -rahiməhullah- Kəşşəful qinə kitabında buyurdu:
(أَوْ حَمَلَ) فِي صَلَاتِهِ (قَارُورَةً) مِنْ زُجَاجٍ أَوْ غَيْرِهِ (فِيهَا نَجَاسَةٌ أَوْ) حَمَلَ (آجُرَّةً) وَهُوَ الطُّوبُ الْأَحْمَرُ (بَاطِنُهَا) نَجِسٌ أَوْ حَمَلَ (بَيْضَةً مَذِرَةً أَوْ) بَيْضَةً (فِيهَا فَرْخٌ مَيِّتٌ أَوْ) حَمَلَ (عُنْقُودَ عِنَبٍ حَبَّاتُهُ مُسْتَحِيلَةٌ خَمْرًا، قَادِرًا عَلَى اجْتِنَابِهَا) أَيْ: النَّجَاسَةِ الَّتِي لَاقَاهَا، أَوْ عَلَى عَدَمِ حَمْلِ مَا حَمَلَهُ مِنْ ذَلِكَ (لَمْ تَصِحَّ صَلَاتُهُ) لِأَنَّهُ حَامِلُ النَّجَاسَةِ فِي غَيْرِ مَعْدِنِهَا أَشْبَهَ مَا لَوْ كَانَتْ عَلَى بَدَنِهِ أَوْ ثَوْبِهِ، أَوْ حَمَلَهَا فِي كُمِّهِ
"Yaxud kənar durmaq iqtidarında olduğu halda içində nəcasət olan şuşə və ya başqa bir qabı namazda daşıyarsa yaxud (namazda) içi nəcasətli olan qırmızı kərpici daşıyarsa yaxud lax yumurta və ya içində ölmüş bir cücə olan yumurta daşıyarsa yaxud dənəcikləri şəraba dönmüş üzüm salxımını daşıyarsa, namazı səhih olmayacaq. Çünki bu halda namaz qılan (öz yerində olmayan) nəcasəti daşımış olur. Bununla da, həmin insan bədəni yaxud paltarı nəcasətə bulaşmış yaxud paltarının qolunda nəcasət daşıyan insan mislində olur."
Nəcasətin öz yerində olması: Məsələn insanın öz bağırsağında nəcis daşıması kimi hal qəsd edilir. Bu hal insanın namazına təsir göstərmir.
Ancaq əgər namaz qılan şəxs, pampersin içinə bayıra çıxmış körpə uşağı namazda qucağında saxlayarsa yaxud içində spirt olan şüşə qabını cibinə qoyarsa yaxud sidik analizi olan şüşə qabını cibində daşıyarsa və ya buna bənzər digər hallar olarsa, bu zaman onun namazı səhih olmayacaq.