رفع الحدث و ما في معناه و زوال الخبث
Hədəsin, habelə onun mənasıda olan şeyin qalxması
və xəbəsin yoxa çıxmasıdır.
Təharət
üç şeyi şamil edir.
Birinci:
Hədəsin qalxması.
İkinci:
Onun mənasında olan şeylərin qalxması.
Üçüncü:
Murdar şeylərin aradan qalxması.
1-Hədəs
kəlməsinin tərifi:
الحدث وصف
معنوي
يقوم
بالبدن
يمنع
من
صحة
الصلاة
و
نحوها
Hədəs: İnsanın bədənində
olan və namaz və onun kimi ibadətlərin səhih olmasına mane olan mənəvi vəsfdir.
Mənəvi vəsf deyildikdə onun hissiyat orqanları
vasitəsilə duyulmyacağı qəsd edilir. Mənası:
Ona toxunmaq, onu hiss etmək və iyləmək mümkün deyil. Hədəs mənəvi vəsfdir. Həmin
vəsf insanın bədənində olacağı zaman onun namazı və təharətin şərt olduğu digər
ibadətlər, məsəl üçün təvaf və digər şeylər səhih olmur.
Hədəs
iki növdur: Kiçik hədəs və böyük hədəs.
Kiçik hədəs dəstəmaz almaqla qalxır. Böyük hədəs
isə qüsl almaqla qalxmış olur. Hədəsi qaldırmaq məhz bu iki şeyə deyilir.
2-Hədəsin
mənasında olan şeylər və məsələnin izahı:
Hədəsin mənasında olan şeylər, hədəs yaxud nəcasət
qisminə daxil deyil. Çünki həmin vəsfi qaldırmaqla, hədəs qalxmır və həmçinin
orada təmizlənəcək nəcasət olmur.
Hədəs və nəcasət olmayan müəyyən şeylər təharət
qisminə daxildir. Buna da, fəqihlər qatında hədəsin mənasında olan şeylər
deyilir.
Misallar: Məlum olduğu kimi, dəstəmaz hədəsi qaldırır. Dəstəmaz
birinci qismə, hədəsi qaldırmaq qisminə daxildir. Bir adam dəstəmaz zamanı
üzünü üç dəfə yuyur, yəni ən kamil şəkildə dəstəmaz alır. Ancaq insanın hədəsi,
dəstəmaz əzasını bir dəfə yuması ilə qalxır. İnsan hər əzanı bir dəfə yumaqla
onun hədəsi qalxmış olur. İkinci və üçüncü dəfə əzanı yumaqla, hədəs qalxmış
olmur, çünki hədəs birinci yumada qalxmışdır. Bəlli olur ki,
ikinci və üçüncü yuma hədəsi qaldırmır. Bu halda ikinci və üçüncü yuma həmçinin
təharətdən sayılır. Ancaq təharətin hədəsi qaldırmaq mənasında olan növünə
daxildir.
Həmçinin insan dəstəmazlı olduğu halda öz dəstəmazını
təzələməsi hədəsi qaldırmır. Lakin onun etdiyi əməl təharətdən sayılır və hədəsi
qaldırmaq mənasında olan növünə daxildir.
Həmçinin təyəmmüm vasitəsilə hasil olan vəsf bu qismə daxildir. Çünki məzhəbə görə təyəmmüm
hədəsi qaldırmır. O yalnız onun mənasında olan bir anlamdır.
Həmçinin meyyit qüsl ediləcəyi zaman onun hədəsi
qalxmır. Bu səbəbdən meyyiti qüsl etmək
həmçinin hədəsin qalxması mənasında olan şeylərdən sayılır.
3-Nəcasətlər
və onun mənası:
Təharətin üçüncü qismi isə nəcasətli və murdar
şeyləri yox etmək, təmizləməkdir. Nəcasətləri təmizləmək həmçinin təharətdən
sayılır. Təmizlənən nəcasət bəzən bədəndə, bəzən paltarda, bəzən isə məkanda
olur. Məsələn sidik və nəcis çıxacağı zaman onu təmizləmək, nəcasəti təmizləmək
anlamına gəlir. Həmçinin insanın bədənində olan nəcasəti yaxud yerdə olan nəcasəti
təmizləmək bu qismə daxildir.