Quranı oxuyan şəxs tilavət səcdəsi zamanı səcdə etməsə, onu dinləyən şəxsə də, səcdəyə getmir.
İmam Həccəvi –rahiməhullah- əl-İqna adlı kitabında dedi:
و إن لم يسجد القارىء لم يسجد المستمع
Əgər Quranı oxuyan tilavət səcdəsinə getməsə, onu dinləyən insan da, səcdə etməz.
Şəmsuddin İbn Muflih –rahiməhullah- əl-Furu kitabında dedi:
و إن لم يسجد التالي لم يسجد المستمع
Tilavət edən səcdəyə getməsə, onu dinləyən də, səcdəyə getməz.
Aləuddin əl-Mərdavi –rahiməhullah- əl-İnsaf kitabında dedi:
فإن لم يسجد القارىء لم يسجد، هذا المذهب، نص عليه، و عليه أكثر الأصحاب، و هو من المفردات
Ərəg Quranı qiraət edən şəxs səcdəyə getməsə, onu dinləyən də səcdə etmir. Məzhəb budur və İmam Əhməd bunu açıq bildirib. Habelə əksər əshab bu görüş üzərədirlər. Həmin görüş də, mufradətdir.
Fayda: Hənbəlilərin bu görüşündən çıxan bəzi məsələlər:
Əgər bir insan Quran qiraətinin səs yazısıni, istər audio istərsə də, video səs yazısını dinlədikdə tilavət səcdəsinin yeri gəlsə, onu dinləyən tilavət səcdəsinə getmir.
Habelə uzaq bir yerdən Quranın sədasını eşidən şəxs səcdə yerində tilavət səcdəsinə getmir.
Tilavət səcdəsi zamanı səcdə etməsə
Tags
İSLAM FİQHİ