Qəza namazlarını mütləq olaraq tərtibatla qılmağın vacibliyi
İmam Musa əl-Həccəvi əl-Hənbəli -rahiməhullah- əl-İqna kitabında dedi:
و من فاتته صلاة مفروضة فأكثر لزمه قضاؤها مرتبا على الفور
Kim bir yaxud daha çox namazı qaçırsa (yəni, qəzaya versə) onu dərhal tərtibatla qəza etmək lazımdır.
Mustafa ər-Ruheybəni –rahiməhullah- Mətalibu ulin nuhə kitabında dedi:
ويجب على مكلف لا مانع به قضاء مكتوبة فائتة من الخمس مرتبا
Heç bir əngəli olmayan mükəlləfin beş vaxt fərz namazlarından əldən buraxdığı namazları tərtibatla qəza etməsi vacibdir.
Aləuddin əl-Mərdavi əl-Hənbəli –rahiməhullah- əl-İsnaf kitabında dedi:
و من فاتته صلوات لزمه قضاؤها على الفور، هذا المذهب، نص عليه جماهير الأصحاب... مرتبا، قلت أو كثرت
Kim namazları əldən versə, onu dərhal qəza etməsi və onun az yaxud çox olmasına baxmayaraq tərtibatla qılması vacibdir.
Hənbəli alimlərinin sözlərindən anlaşılır ki, insan fərz namazlarını qəzaya buraxsa, onun dərhal həmin namazların qəzasını qılması və bunu tərtibatla yerinə yetirməsi gərəkdir. Məsələn əgər bir insan zöhr, əsr və məğrib namazlarını qəzaya buraxıbsa, bu zaman ona ilk öncə zöhr namazını, sonra əsr namazını, sonra isə məğribi qılması vacibdir. Yəni məsələn əsrin qəzasını zöhrün qəzasından öncə qıla bilməz. Qəza namazlarını mütləq olaraq tərtibatla qılınması, məzhəbin mufradətlarından sayılır. Mütləq deyildiyi zaman isə, qəsd olunan məna, qəza namazları az yaxud çox olmasına rəğmən tərtibatın vacib olmasıdır. Halbuki digər məzhəblərdə qəzalar az olacağı zaman onu tərtibatla qılmağın vacib olduğunu deyənlər olub və həmçinin tərtibatın müstəhəb olduğunu deyənlər olub. İmam Mərdavi –rahiməhullah- əl-İnsaf kitabında, həmçinin İmam Buhuti –rahiməhullah- Minəhuş şifə əş-şəfiyət kitabında bu məsələnin hənbəlilərin mufradətlarından olduğunu qeyd etmişlər.
Tags
İSLAM FİQHİ