İmam Musa əl-Haccəvi əl-Hənbəli –rahiməhullah- əl-İqna kitabında dedi:

و من وطىء أمة امرأته فعليه الحد إلا أن تكون أحلتا له فيجلد مائة و لا يرجم و لا يغرب

Əgər bir adam öz zövcəsinin cariyəsi ilə cinsi əlaqəyə girsə, icazə verməsi istisna olmaqla, ona hədd cəzası tətbiq ediləcək. Yüz qamçı vurulacaq ancaq daşqalaq və sürgün edilməyəcək.

İmam İbn Nəccar əl-Futuhi əl-Hənbəli –rahiməhullah- Muntəhəl iradət kitabında dedi:

و من وطىء أمة امرأته ، حد: ما لم تكن أحلتها له، فيجلد مائة: إن علم التحريم... و إن ولدت لم يلحقه نسبه

Əgər bir adam öz zövcəsinin cariyəsi ilə cinsi əlaqəyə girsə, qadını ona icazə verməsi istisna olmaqla, ona hədd cəzası tətbiq ediləcək. Həmin adam bunun haramlığını bilsə yüz dəfə qamçılanacaq. Əgər cariyə ondan uşaq dünyaya gətirsə, uşaq nəsəb baxımından ona aid edilməz.

İmam Aləuddin əl-Mərdavi əl-Hənbəli –rahiməhullah- əl-İnsaf kitabında dedi:

و من وطىء أمة امرأته فعليه الحد... هذا المذهب... و هو من مفردات المذهب

Əgər biri öz zövcəsinin cariyəsi ilə cinsi əlaqəyə girsə, ona hədd cəzası tətbiq edilər...Məzhəbin görüşü budur...Bu görüş məzhəbin mufradətıdır.