İbn Nəccar əl-Hənbəli –rahiməhullah- Muntəhəl iradət kitabında dedi:

والنزع جماع

İnsanın cinsi əlaqə zamanı cinsiyyət üzvünü çıxartması cinsi əlaqədən sayılır.

Alləmə Mənsur əl-Buhuti əl-Hənbəli –rahiməhullah- şərhində dedi:

لأنه يلتذ به كالإيلاج فمن طلع عليه الفجر وهو يجامع فنزع حال طلوعه قضى وكفر

Çünki insan cinsi əlaqə zamanı üzvünü çıxartdıqda, onu daxil etdikdə həzz aldığı kimi həzz alır. Əgər biri cinsi əlaqədə olduğu zaman sübh açılsa və insan sübh açıldığı əsnada cinsiyyət üzvünü çıxartsa, ona orucun qəzasını tutması və kəffarə verməsi lazımdır. (Dəqaiqu ulin nuhə:2/369)

Həmin məsələ hənbəli məzhəbinin məsələlərindən sayılır. Çünki hənbəli məzhəbinə görə (النزع), yəni əlaqə zamanı cinsiyyət üzvünü çıxartmaq cimadan sayılır. Bu səbəbdən onun Ramazan ayında sübh açıldığı əsnada cinsi əlaqə zamanı cinsiyyət üzvünü çıxartması qəzanı və cimanın kəffarəsini vacib edir.