Əbul Xattab əl-Kəlvəzani əl-Hənbəli –rahiməhullah- dedi:

و تصح إمامة الصبي في النوافل، و لا تصح في الفرائض على أصح الروايتين

Nafilə namazlarında uşağın imamlığı səhihdir, iki rəvayət içində ən səhih olana görə isə fərz namazlarında onun imamlığı səhih deyil. (əl-Hidəyə:98-99)

Məcduddin İbn Teymiyyə əl-Hənbəli –rahiməhullah- dedi:

لا تصح إمامة الصبي في الفرض

Uşağın fərz namazında imamlığı səhih deyil. (əl-Muharrar:1/103)

Aləuddin əl-Mərdavi əl-Hənbəli –rahiməhullah- dedi:

اعلم أن إمامة الصبي تارة تكون في الفرض، و تارة تكون فى النفل، فإن كانت في الفروض، فالصحيح من المذهب: أنها لا تصح

Bil ki, uşağın imamlığı bəzən fərz namazında bəzən isə nafilə namazında olur. Əgər imamlıq fərz namazında olsa, bu zaman məzhəbdən səhih olan görüşə görə onun imamlığı səhih deyil. (əl-İnsaf:2/266)

İbn Nəccar əl-Hənbəli –rahiməhullah- dedi:

و لا مميز لبالغ في فرض، و يصح في نفل، و في فرض بمثله

Azyaşlının həddi-buluğa çatana fərz namazında imamlığı səhih deyil. Nafilə namazında isə səhihdir. Həmçinin azyaşlının özü mislində (azyaşlıya) fərz namazında imamlığı səhihdir.

Xülasə: Həddi-buluğa çatmayan uşaq fərz namazlarında böyüklərə imamlıq edə bilməz və onun imamlığı səhih deyil. Nafilə namazında isə böyüklərə imamlıq edə bilər.