İmam Səffərini –rahiməhullah-dedi:
Evə daxil olmağa izn istəyən kimsəyə: Kimdir?-deyildikdə, onun cavabında: Mənəm!- deməsi və adını çəkməməsi məkruhdur. Çünki Cabir –radıyəllahu anhu- rəvayət edib demişdir: Peyğəmbərin –salləllahu aleyhi və səlləm- hüzuruna yollanıb qapısını döydüm. O isə: Kimdir? Deyə soruşdu. Mən cavab olaraq: Mənəm!-dedim. Peyğəmbər –salləllahu aleyhi və səlləm- sanki bunu bəyənməyərək: Mənəm, mənəm!-deyə söylədi. (hədisi Buxari və Musli rəvayət etmişlər)
Mərruzi dedi: Əbu Abdullah (İmam Əhməd) demişdir: İnsanların davranışlarında bu hala necədə çox rast gələ bilərsən! Onlar qapını döydükdə: Mənəm, mənəm!-deyirlər. Kaş ki: Mənəm, filankəs!-deyəydilər.
(Ğizəul əlbəb şərhu mənzumətil ədəb, lil-həccəvi :131)
Evə daxil olmağa izn istəyən kimsəyə
Tags
ƏXLAQ