Muvaffəquddin İbn Qudamə -rahiməhullah- əl-Muqni` kitabında buyurur ki:

فمتى لاقى ببدنه أو ثوبه نجاسة غير معفو عنها أو حملها لم تصح صلاته

Bağışlanmayan (yəni cuzi olmayan) nəcasət onun bədəninə yaxud paltarına bulaşsa yaxud insan (namazda) nəcasət daşısa onun namazı səhih olmayacaq.


Şəmsuddin İbn Qudamə əl-Maqdisi –rahiməhullah- əş-Şərhul kəbir kitabında dedi:

و إن حمل النجاسة في الصلاة، لم تصح صلاته، كما لو كانت على بدنه أو ثوبه... ولو حمل قارورة مسدودة فيها نجاسة لم تصح صلاته

Əgər namazda nəcasət daşısa, onun namazı səhih olmayacaq. Eynilə əgər bədənində və paltarında nəcasət olduğu kimi... Əgər insan namazda ağzı bağlı (tıxaclı) bir səhəngdə nəcasəti daşısa namazı səhih olmayacaq.

İmam Mənsur əl-Buhuti –rahiməhullah- ər-Rəudul murbi` adlı kitabında dedi:

 فمَن حَمَلَ نَجَاسَةً لا يُعْفَى عَنْهَا ولو بقَارُورَةٍ, لم تَصِحَّ صَلاتُه

Bağışlanmayan bir nəcasəti hətta bir səhəng qabda belə daşısa namazı səhih olmaz.

İmam Mənsur əl-Buhuti –rahiməhullah- Kəşşəful qinə kitabında buyurur:

)أَوْ حَمَلَ) فِي صَلَاتِهِ (قَارُورَةً) مِنْ زُجَاجٍ أَوْ غَيْرِهِ (فِيهَا نَجَاسَةٌ أَوْ) حَمَلَ (آجُرَّةً)  وَهُوَ الطُّوبُ الْأَحْمَرُ (بَاطِنُهَا) نَجِسٌ أَوْ حَمَلَ (بَيْضَةً مَذِرَةً أَوْ) بَيْضَةً (فِيهَا فَرْخٌ مَيِّتٌ أَوْ) حَمَلَ (عُنْقُودَ عِنَبٍ حَبَّاتُهُ مُسْتَحِيلَةٌ خَمْرًا، قَادِرًا عَلَى اجْتِنَابِهَا) أَيْ: النَّجَاسَةِ الَّتِي لَاقَاهَا، أَوْ عَلَى عَدَمِ حَمْلِ مَا حَمَلَهُ مِنْ ذَلِكَ (لَمْ تَصِحَّ صَلَاتُهُ) لِأَنَّهُ حَامِلُ النَّجَاسَةِ فِي غَيْرِ مَعْدِنِهَا أَشْبَهَ مَا لَوْ كَانَتْ عَلَى بَدَنِهِ أَوْ ثَوْبِهِ، أَوْ حَمَلَهَا فِي كُمِّهِ

Yaxud içində nəcasət olan şuşə və ya başqa bir qabı namazda daşısa yaxud (namazda) içi nəcasətli olan qırmızı kərpici daşısa yaxud lax yumurta daşısa yaxud içində ölmüş bir cücə olan yumurta daşısa yaxud dənəcikləri şəraba dönmüş üzüm salxımını daşısa və bu hallarda ondan (yəni həmin nəcasətdən) kənar durmaq iqtidarında olsa ... namazı səhih olmayacaq. Çünki bu halda namaz qılan (öz yerində olmayan) nəcasəti daşımış olur. Bununla da, həmin insan bədənində yaxud paltarında nəcasətə bulaşmış yaxud paltarının qolunda nəcasəti daşıyan insan mislindədir.

Nəcasətin öz yerində olması: Məsələn insanın öz bağırsağında nəcis daşıması kimi hal qəsd edilir. Bu insanın namazına təsir göstərmir.

Ancaq əgər namaz qılan şəxs, qucağında pampersinə sidiyə çıxmış körpə uşağı tutsa yaxud cibinə içində spirt olan şüşə qabını qoysa yaxud cibində sidik analizi olan şüşə saxlasa və ya buna bənzər digər hallar olsa, onun namazı səhih olmayacaq.