İbn Mibrad əl-Hənbəli –rahiməhullah- təlif etdiyi muğni zəvil əfhəm kitabında dedi:
ولا يجوز لأحدٍ: انتقاص أحد من الأئمة الأربعة ولا ذم مذهبه، ومتبع ذلك لا يُقال له أنه على الباطل، ولا يعاقب على اتِّباعه، ويجوز للمجتهد مخالفة المذاهب الأربعة، ومن تمذهب بمذهب: لزمه أن يأخذ برخصه وعزائمه ولا يجوز تتبع الرخص من كل مذهب، ولا لمن تمذهب بمذهب: مخالفته
Heç bir adama dörd imamdan hər hansı birinin şənini azaltması və onun məzhəbini məzəmmət itməsi icazəli deyil.
Onlardan birinin məzhəbinə tabe olan insanın batil üzərə olması, habelə ona tabe olduğuna görə cəzalanacağı deyilməz. Müctəhidin isə dörd məzhəbə (yəni onlardan hər hansı birinə) müxalif olması icazəlidir. Bir məzhəbə bağlanan kimsənin, onun rüxsətlərini və əzimətlərini götürməsi gərəkdir. İnsanın hər məzhəbdən rüxsətləri (yəni ona asan gələcək yaxud onun nəfsinə xoş gələcək şeyləri) axtarması isə icazəli deyil. Həmçinin məzhəbə bağlanan kimsənin də, ona müxalif olması icazəli deyil.