İbn Mənzur (rahiməhullah) demişdir: “Zındıq, zamanın sonsuz olduğunu deyəndir (yəni yalnız maddi həyata inanandır). Həmin kəlmə fars dilində belə səslənir “Zəndikiray”, yəni zamanın sonsuz davam etdiyini deyən. Zəndəqə kəlməsi isə sıxlıq deməkdir. Deyilmişdir ki, zındıq sözü həmin sözdən götürülüb. Çünki həmin şəxs özünü sıxıntıya salır.” (Lisənul arab:1871-ci səh)
Cəuhari (rahiməhullah)
demişdir: “Zındıq iki ilaha iman gətirəndir.” (əs-Sıhah:4/1489)
İbn Həcər Nəvəvidən bu
sözləri nəql edir: Zındıq, heç bir dinə inanmayan şəxsdir. (Fəthul bəri:12/283)
Xalil əl-Fərahidi “Kitəbul
ayn” demişdir: Zəndəqa, zındıq: Axirətə və rübubiyyətə inanmamaqdır.” (Kitəbul
ayn:5/255)
Əzhari (rahiməhullah) demişdir:
“Deyilmişdir ki, zındıq, axirətə və Xaliqin təkliyinə inanmayan şəxsdir.”
(Təhzibul luğa:9/400)
Hafiz İbn Həcər
(rahiməhullah) demişdir: “Əbu Hatim əs-Sicistəni və digər şəxslər demişlər:
“Zındıq, sonradan ərəbləşmiş fars sözüdür. Onun (fars dilində) əsli: Zəndəh
Kəradə, sözüdür. Yəni zamanın sonsuz olduğunu deyən. Çünki “zəndəh” həyat,
“kəradə” isə əməldir.” (Fəthul bəri:12/270-271)
Təhənəvi demişdir: Zındıq:
İki ilahın olduğunu deyən şəxsdir. Nur və zülmət onlardan əsas götürür və onlar
həmin iki ilahı; Yəzdən və Əhrimən adlandırırlar. Birinci xeyiri yaradandır.
İkinci isə şəri yaradandır. Şəri yaradan, yəni şeytandır.
Deyilmişdir ki, (zındıq)
Uca İlaha və axirətə inanmayandır. Habelə deyilmişdir ki, o imanı aşkar edib
küfrü gizlədəndir. Bəziləri isə demişlər: Həmin söz bu kəlmədən ərəbləşib:
Zəndıq, yəni qadınların dinində olan şəxs (zən, fars dilində qadına deyilir).
Səhih olan, birinci mənadır. Həmin söz ərəbləşib; “zəndi”, yəni Zərduştun
kitabı olan Zənd adlı kitaba inanan (Zənd isə Avestanın təfsiridir) və Yəzdən
və Əhrimən adlı ilahların varlığına iman edəndir.” (Kəşfu istilahatil
funun:3/117)
Hafiz ibn Həcər əl-Asqalani
demişdir: “Zındıqların əsli haqda deyilən ən doğru görüş, onların Deysan sonra,
Mani, sonra isə Məzdəkin ardıcılları olmalarıdır. Onların etiqadına görə nur və
zülmət qədimdirlər. Bu ikisi bir-birinə qarışmış və nəticədə onlardan bütün
mövcudat əmələ gəlmişdir. Şər əhlindən olanlar zülmətdən, xeyir əhlindən
olanlar isə nurdan yaranmışlar. Habelə (onlara görə) nuru zülmətdən xilas
etməyə səy göstərmək vacibdir və (şər əhlindən olan) hər bir cana qəsd etmək
lazımdır. Kisranın babası Buhram Mani adlı şəxsə qarşı hiyləgərlik işlədərək
həmin şəxsi öz hüzuruna gətizdirmiş və onun etiqadını qəbul etdiyini
göstərmişdir. Daha sonra onu və onun əshabını qətlə yetirmişdir. Onlardan sağ
qalanlar isə Məzdək adlı şəxsə tabe olmuşlar.” (Fəthul bəri:12/282)
Britaniyalı şərqşunas
Edvard Braun bu kəlməni izah edərək demişdir: “Zındıq kəlməsi, fars dilində
vəsf olaraq gəlir. Onun mənası: Zənd adlı kitabı tədqiq edən və incələyən, yəni
Zərduştların kitabı olan Avestanın qədim şərhlərini nəzərdən keçirəndir.
Manəvilər (Mani adlı şəxsin ardıcılları) zındıqlar adlanmışlar. Çünki onlar
müqəddəs kitabları digər dinlərə meyl edərək təvil edir və onu öz görüşləri və
istəklərinə uyğun şərh edirdilər. (Zənədiqa əl-ədəb val fikra:3-cü səh, Həni
Sibəi)
Bu görüşə əsasən, Manəvilər
Zərduştluq dinində olan müqəddəs mətnləri Senkretizm (müxtəlif etiqadı
cərəyanlar arasında sintez yaradıb bir əqidə ortaya gətirmək) ideoloqiyasına
uyğun şəkildə yozmağa meyl göstərdikləri üçün Zərduştlar onları dindən çıxan
mürtəd saymışlar. Zərduştlar Manəviləri dinsiz və Zərduştluq dinindən
çıxdıqlarını hesab etdiklərinə görə, həmin kəlmə “zindiq” onlarda haqq dinə
iman etməyən hər dinsizə aid edilmişdir. (bax: Zənədiqa əl-ədəb val fikra)
Habelə İbn Həcər Muhamməd
ibn Mən`in belə dediyini nəql edir: “Zındıqlar iki ilaha tapınır, zamanın
sonsuz olduğunu və ruhların tənasüx (reinkarnasiya) olduğunu deyirlər. Dedi:
Zındıqlardan bir qismi Batinilərdir. Onlar iddia etmişlər ki, Allah bir şeyi
xəlq etmiş sonra ondan digər şeyi xəlq etmişdir, daha sonra o bütün mövcudatı
idarə etmişdir. Onu ağıl və can, bəzən birinci ağıl və ikinci ağıl adlandırırlar. Bu da “sənəvilərin” (iki ilahın olduğunu deyənlər) nur
və zülmət barədə dedikləri söz qəbilindəndir. Onlar sadəcə adları dəyişmişlər.
Onların nübuvvət, ayələrin təhrifi və fərz ibadətlər barədə axmaq etiqadları
vardır. Artıq deyilmişdir ki, fəqihlərin zındıqı münafiq kimi açıqlamalarına
səbəb imam Şafiinin “əl-Muxtəsar” kitabında dediyi sözlərdir: “İnsan aşkar olan
yaxud zındıqlıqdan və digər şeydən dolayı gizli saxlanan hər hansı bir küfr ilə
mürtəd olsa, daha sonra tövbə etsə onun üzərindən qətl cəzası düşəcək.” Lakin
bu, zındıq ilə münafiqin hər cəhətdən bir olmasını gərəkdirmir. Əslində hər
zındıq münafiqdir, əksi isə fərqlidir. Quran və Sünnədə münafiq deyə adlanan
şəxslər İslamı aşkar edib bütlərə ibadəti yaxud yəhudiliyi gizlədənlərdir.
Sənəvilərə gəldikdə isə, onlardan hər hansı birinin Peyğəmbərin (salləllahu
aleyhi və səlləm) dönəmində İslamı aşkar etməsi bilinmir.” (Fəthul bəri:12/283)
Əksər sələfin və imamların
anlamında zındıq kəlməsi:
Şeyxul-İslam İbn Teymiyyə
(tayyəbəllahu sərahu) demişdir:
لفظ الزندقة لا يوجد في كلام
النبي صلى الله عليه وسلم كما لا يوجد في القرآن الكريم وهو لفظ أعجمي معرب من
كلام الفرس بعد ظهور الإسلام وقد تكلم به السلف والأئمة في توبة الزنديق ونحو ذلك
“Zındıqlıq (zəndəqa) sözü
Qurani Kərimdə mövcud olmadığı kimi həmçinin Peyğəmbərin (salləllahu aleyhi və
səlləm) sözlərində mövcud deyil. O qeyri-ərəb sözüdür və İslam dini gələndən
sonra farsların dilindən ərəbləşmişdir. Sələf alimləri və imamlar bu sözü
zındıqın tövbəsi və bu kimi məqamlarda dilə gətirmişlər.” (Buğyətul murtəd:378-ci
səh)
İbn Qudamə əl-Məqdisi
əl-Hənbəli (rahiməhullah) demişdir:
الزنديق هو الذي يظهر
الإسلام ويستسر بالكفر ، وهو المنافق ، كان يسمى في عصر النبي صلى الله عليه وسلم
منافقاً ، ويسمى اليوم زنديقاً
“Zindıq İslamı aşkar edən
və küfrü gizi saxlayan şəxsdir. O elə münafiqdir. Bu cür insanlar Peyğəmbərin
(salləllahu aleyhi və səlləm) dönəmində münafiq adlanırdılar. Günümüzdə isə
zındıq adlanırlar.” (əl-Muğni:9/159)
İmam Malik (rahiməhullah)
demişdir:
النفاق في عهد رسول الله صلى
الله عليه وسلم هو الزندقة فينا اليوم
“Allahın Elçisinin
(salləllahu aleyhi və səlləm) dönəmində nifaq, bizim günümüzdə zındıqlıq
(adlanır).” (Təfsirul qurtubi: əl-Bəqərə:9, 10-cu ayələrin təfsiri)
Şeyxul-İslam İbn Teymiyyə
(rahiməhullah) demişdir:
والزنديق الذي تكلم الفقهاء
في قبول توبته في الظاهر المراد به عندهم المنافق الذي يظهر الإسلام ويبطن الكفر
وإن كان يصلي ويصوم ويحج ويقرأ القرآن , وسواء كان في باطنه يهودياً أو نصرانياً
أو مشركاً أو وثنياً , وسواء كان معطلاً للصانع وللنبوة أو للنبوة فقط أو لنبوة
بنينا صلى الله عليه وآله وسلم فقط فهو زنديق وهو منافق
“Zahirdə tövbəsinin qəbul
ediləcəyi barədə fəqihlərin danışdıqları zındıq, namaz qılsa, oruc tutsa, həcc
etsə və Quran oxusa da, onlara görə İslamı aşkar edib küfrü gizlədən
münafiqdir. Habelə istər daxildə yəhudi yaxud nəsrani yaxud müşrik yaxud
bütpərəst olsun, istərsə də, İcad edəni və nübuvvəti yaxud yalnız nübuvvəti
yaxud Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) nübuvvətini inkar etsə,
beləsi zındıqdır. O da münafiqdir.” (əl-Əlfaz val mustaləhat əl-mutəalliqa
bitəuhidi-r-rububiyyə:1/331)
Bəlli olur ki, alimlər və
fəqihlər zındıq dedikdə əsasən İslamı aşkar edib küfrü gizlədən insanı qəsd
etmişlər. Bununla da, həmin sözün münafiq sözü ilə müştərək mənada gəlməsi üzə
çıxır.
Lakin bəzi alimlər zındıq
ilə münafiq arasında fərq qoymuşlar.
Təftəzəni “Məqasıdu-t-talibin fi usuli-d-din” demişdir:
قد ظهر أن الكافر اسم لمن لا إيمان له فإن أظهر الإيمان خص باسم المنافق
وإن كان مع اعترافه بنبوة النبى - صلى الله عليه وسلم - وإظهاره شعائر الإسلام يبطن عقائد هى كفر بالاتفاق خص باسم الزنديق
وإن كان مع اعترافه بنبوة النبى - صلى الله عليه وسلم - وإظهاره شعائر الإسلام يبطن عقائد هى كفر بالاتفاق خص باسم الزنديق
“Artıq bəlli olmuşdur ki, kafir imanı olmayana verilən addır. Əgər imanı
aşkara çıxarsa münafiq adı ilə xüsusiləşəcək.
Əgər Peyğəmbərin (salləllahu aleyhi və
səlləm) nübuvvətini etiraf etməsi və İslam şüarlarını aşkar etməsi ilə birgə
yekdilliklə küfr olan etiqadı gizlədirsə zındıq adı ilə xüsusiləşəcək.”
Bir sözlə, əksər fəqihlərin istilahında zındıq, etiqadı nifaq üzərə olan
şəxsdir. Həmin şəxs münasib fürsət əldə etdiyi zaman küfrünü aşkara çıxarır və
insanları ona dəvət etməyə girişir. Həmin şəxsin üzərindən hüccət qalxıb
tövbəyə çağırıldığı zaman isə aşkara çıxartdığı küfrü inkar edir və onu etiraf
etmir.
Əbu İdris rəvayət edir ki, Əlinin (radıyəllahu anhu) hüzuruna İslam
dinindən çıxmış bir neçə zındıq gətirildi. O onlara suallar verdi, onlar isə
(zındıqlığı) etiraf etmədilər. Onların əleyhinə bir neçə ədalətli şəxslər
şahidlik etdilər və Əli onları tövbəyə çağırmadan qətlə yetirdi. Dedi: Mənim
yanıma öncə nəsrani olmuş daha sonra İslama gəlmiş və İslamdan çıxmış şəxs
gətirildi. Dedi: Ona suallar verdi və həmin şəxs etdiyi şeyləri etiraf etdi.
Daha sonra onu tövbəyə çağırdı və rahat buraxdı. Ona deyildi: Necə olur ki, sən
bunu tövbəyə çağırdın, digər şəxsləri isə tövbəyə çağırmadın? O dedi: Bu adam
etdiyi şeyləri etiraf etdi, onlar isə etiraf etmədilər və hər şeyi inkar
etdilər. Nəhayət onlara ittiham olunduqları şey sübut edildi. Buna görə onları
tövbəyə çağırmadım.”
İbn Teymiyyə (rahiməhullah) demişdir: “Möminlərin əmiri Əlinin
(radıyəllahu anhu) bu hərəkəti bəyan edir ki, öz zındıqlığını gizlədən və töhməti
sübut edilənə qədər öz zındıqlığını inkar edən hər bir zındıq öldürülür və
tövbəyə çağırılmır. Habelə Peyğəmbər (salləllahu aleyhi və sələm) öz
zındıqlığını etiraf etməyən münafiqləri, tutarlı sübutlar olmadığı üçün qətlə
yetirməmişdir.” (əs-Sarimul məslul:1/360)
Sələfin dönəmində zındıq sözü əsasən müxtəlif bidət firqələrinə şamil
olunurdu. Müstəsna deyil ki, bəzi alimlər bidətləri küfr dərəcəsinə çatmayan
bidətçilərə də, onlara qarşı sərtlik nümayiş etdirmək məqsədilə zındıq
kəlməsini şamil etmişlər.
Sələf alimlərinin zındıq olaraq vəsf etdikləri bəzi firqələr və şəxslər:
İslam etiqadını kəlam elmi, habelə yunan və hindistan fəlsəfəsi və
məntiq elminin əsasları üzərində quran, habelə ağılı nəqldən önə çəkən və
nəticədə Allahın sifətlərini inkar edən və digər küfr etiqadları ərsəyə gətirən
şəxslərə zındıq deyilirdi.
Muhit əl-Muhit kitabında gəlmişdir:
زندق - تزندق الرجل صار زنديقًا أو تخلق بأخلاق الزّنديق. وقولهم من تمنطق تزندق أي من تعلَّم علم المنطق تهوَّر في الزّندقة لأنهُ يتورَّط في الأقيسة والنتائج بما يُفسد العقائِد الدينيَّة التي مدارها على التسليم
"Zəndəqa-təzəndəqa-r-racul, yəni zindiq olmuş yaxud zındıqın
əxlaqını mənimsəmişdir. Habelə deyirlər: Kim məntiqə baş vurarsa zındığa
çevrilər. Yəni kim məntiq elmini öyrənərsə zındıqlığa düçar olar. Çünki beləsi
müxtəlif qiyaslara və nəticələrə baş vurur və bununla da, təslimçilik əsasında
qurulan dini etiqadları fəsada uğradır.” (Muhitul muhit:381-ci səh)
كنت عند مالك بن أنس ودخل عليه رجل فقال يا أبا عبد الله ، ما تقول فيمن يقول القرآن مخلوق؟. فقال مالك : زنديق فاقتلوه ، فقال : يا أبا عبد الله ، إنما أحكي كلاماً سمعته . فقال : لم أسمعه من أحد ، إنما سمعته منك ، وعظم هذا القول
Əbu Nueym təxric edib demişdir: Yəhyə ibn Rabi` dedi: “Malik ibn Ənəsin
yanında idim. Onun hüzuruna bir adam gəlib dedi: Ey Əbu Abdullah! Quranın
məxluq olduğunu deyən şəxs barədə nə deyirsən? Malik dedi: Zındıqdır, öldürün
onu! Həmin adam dedi: Ey Əbu Abdullah! Mən sadəcə eşitdiyim sözü danışıram.
Malik cavabında: Mən bu sözü heç kəsdən eşitmədim, onu yalnız səndən
eşitdim,-dedi və həmin sözün acınacaqlı olduğunu bildirdi.” (əl-Hilyə:6/325)
Muhamməd ibn İsmayıl ət-Tirmizi demişdir:
كنت أنا وأحمد بن الحسن الترمذي عند أحمد بن حنبل فقال له أحمد بن الحسن يا أبا عبد الله ذكروا لابن أبي قتيلة بمكة أصحاب الحديث فقال: أصحاب الحديث قوم سوء. فقام أحمد بن حنبل وهو ينفض ثوبه ويقول: زنديق، زنديق، زنديق، و دخل بيته.
“Mən Əhməd ibn Həsən ət-Tirmizi ilə birgə Əhməd ibn Hənbəlin hüzurunda
idik. Əhməd ibn Həsən ona dedi: Ey Əbu Abdullah! İbn Əbu Quteyləyə Məkkədə
hədis əhli barədə söz dedilər o isə: Onlar yaramaz adamlardır!-dedi. Əhməd ibn
Hənbəl (bunu eşitdikdə) paltarını çırparaq qalxdı və dedi: Zındıq, zındıq,
zındıq! Sonra evinə daxil oldu.” (Zəmmul kələm va əhlihi, lil-həravi::2/73-74.
Tabəqatul hanəbilə, liəbi yə`lə:1/38)
Habelə sələf alimləri rafizilərin zındıq olduqlarını qeyd etmişlər:
Muhamməd ibn Yusuf əl-Firyəbi (rahiməhullah) demişdir:
ما أرى الرافضة والجهمية إلا زنادقــة
“Rafizi və Cəhmilərin yalnız zındıq olduqlarını hesab edirəm.” (Lələkəi
“əl-i`tiqad:8/145-səh)
İmam Əbu Zur`a (rahiməhullah) demişdir:
إذا رأيت الرجل ينتقص امرءاً من الصحابة فاعلم أنه زنديق
“Bir adamın səhabələrdən hər hansı birini təhqir etdiyini görsən bil ki,
o zındıqdır.”
Habelə İslam dinini bayram şənliklərinə çevirən sufilər barədə zındıq demişlər:
İmam Şafii (rahiməhullah) sufilərin bəzi əməlləri haqda demişdir:
خلفت ببغداد شيئاً أحدثه الزنادقة يسمونه التغبير يشغلون به الناس عن القران
“Bağdadda zındıqların ixtira etdikləri bir şeyi buraxıb getmişəm. Onlar
onu “təğbir” adlandırır (sufilərin mahnıları və rəqsləri) və onunla insanları
Qurandan yayındırırlar.” (Siyəru ə`ləmi-n-nubələ:10/91)
Zındıqın hökmü:
Əgər zındıq şəriət keşikçiləri tərəfindən ələ keçirilməzdən öncə öz
zındıqlığını etiraf edib tövbə etsə, onun tövbəsi qəbul ediləcək və o öz canını
və malını qoruyacaq.
Qadı Əbu Yə`lə və digər alimlər demişlər: “İnsan zındıqlığını etiraf
edib ardından tövbə edəcəyi zaman onun tövbəsi qəbul ediləcək. Çünki o
zındıqlığını etiraf etməklə zındıq dairəsindən çıxır. Çünki zındıq küfrü
gizlədən və onu aşkara çıxartmayandır. Buna görə onu etiraf edib tövbə edəcəyi
zaman zındıqlıq dairəsindən çıxacaq. Onun tövbəsini qəbul etməyimizə səbəb
budur. Məhz buna görə Əli (radıyəllahu anhu) zındıqların tövbəsini qəbul
etməmişdir. Çünki onlar (zındıqlığı) danmışlar.” (əs-Sarimul məslul:1/361)
Lakin zındıq ələ keçiriləndən sonra, onun tövbəsi qəbul edilmir, yəni
zındıq bu dünyada cəzasını alır.
İbn Qayyim əl-Cəuziyyə (rahiməhullah) demişdir: “Ələ keçiriləndən sonra
zındıqın edəcəyi tövbənin onun canını qorumayacağına dəlalət edən amillərdən
biri də, Uca Allahın bu sözləridir: “De: Doğrudanmı siz bizlərə iki uğurdan
birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud
da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik.” Sələf bu ayə barədə
demişlər: “Yaxud da bizim əllərimizlə” Yəni qəlbinizdə olanı aşkara
çıxaracağınız zaman qətlə yetirilməklə. Məsələ onların dediyi kimidir. Çünki
möminlərin əlləri ilə gizlətdikləri küfrdən ötrü onları əzaba düçar etmək
yalnız onları qətlə yetirməklə olur. Əgər onların tövbəsi onların zındıqlığı
üzə çıxandan sonra qəbul edilsəydi, Allahın onları möminlərin əlləri ilə əzaba
düçar edəcəyi anlamda möminlərin zındıqlığı gözləmələri mənasız olardı. Çünki
hər dəfə möminlər onları bundan ötrü əzaba düçar etmək istədikləri zaman onlar
İslamı aşkara çıxaracaq və hər dəfə onların əllərindən qurtulacaqlar.” (İ`ləmul
muvaqqiin:3/337)
İbn Teymiyyə (rahiməhullah) demişdir: “Buna görə də, fəqihlər zındıqın
tövbəyə çağırılması məsələsində ixtilaf etmişlər. Deyilmişdir ki, zındıq
tövbəyə çağırılır. Bunu deyən adamlar Peyğəmbərin dönəmində olan münafiqləri
dəlil gətirmişlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onların aşkara
çıxartdıqları şeyləri qəbul edir və onların (gizli) işlərini Allaha həvalə
edirdi. Bunu deyənə cavab olaraq deyiləcək: Bu, ilk çağlarda belə olmuşdur.
Daha sonra Uca Allah bu ayəni nazil etmişdir: “Lənətlənmiş halda qalarlar.
Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər.” Onlar bilmişlər ki,
əgər öncələr aşkara çıxatdıqları kimi nifaqı aşkara çıxartsalar öldürüləcəklər.
Buna görə onu gizlətmişlər. Zındıq isə münafiqdir. Onu (zındıqı) öldürən isə
yalnız onun gizlətdiyi nifaq üzə çıxaracağı zaman onu öldürür. Onlar demişlər:
Onun tövbəsi məlum deyil. Çünki onun barəsində ən uzağı onun öncə aşkara
çıxartdığı şeyi aşkara çıxartdığı deyiləcək. Həmin şəxs öncə də münafiq olduğu
halda imanı aşkar edirdi. Əgər zındıqların tövbəsi qəbul edilsə, onları heç bir
vəchlə qətlə yetirmək mümkün olmayacaq. Ancaq Qurani Kərim onları qətlə
yetirməklə təhdid etmişdir.” (Kitəbul imən:198, Məcmu əl-fətəva:7/216)
Şeyxul-İslam İbn Teymiyyə demişdir: “Zındıqı və
münafiqi tövbəyə çağırmadan qətlə yetirməyin icazəli olmasına Uca Allahın bu
sözləri dəlalət edir: “De: Doğrudanmı siz bizlərə iki uğurdan birinin yetişməsini
gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə
sizi əzaba düçar etməsini gözləyirik.” Təfsirçilər demişlər: “Yaxud da bizim
əllərimizlə”. Yəni öldürməklə. Siz qəlbinizdə olanı aşkara çıxaracağınız zaman
sizi qətlə yetirəcəyik. (əs-Sarimul məslul:1/354)