Toyuq, induşka, ördək və qaz saxlayan şəxs onun zəkatını verməlidirmi?
Fəqihlərin icması ilə zəkat bu növ heyvanlardan çıxarılır:
1-Dəvə.
2-İri buynuzlu heyvanlar: İnək və camış.
3-Xırda buynuzlu heyvanlar: Qoyun və keçi.
Hənəfilərin məzhəbinə əsasən atdan həmçinin zəkat çıxarılır.
Bu heyvanlar nisab həddinə çatacağı (yəni, şəriətin təyin etdiyi miqdarda olacağı), habelə azad otlayan (yəni, yerdən çıxan bitkilər yeyən və sahibi tərəfindən maddi xərc bahasına yemlənməyən) heyvan olacağı və hicri təqvimi ilə bir il müddət ötəcəyi zaman zəkat vacib olur.
Digər heyvanlardan isə zəkat çıxartmaq vacib deyil. Lakin əgər bir adam ticarət məqsədilə digər cins heyvanlar saxlayarsa, bu halda ona ticarət zəkatını çıxartmaq gərəkdir. Buna misal, əgər biri ördək, toyuq-cücə yaxud qatır və ya uzunqulağı ticarət məqsədilə saxlayarsa, ondan ticarət zəkatı çıxarılacaq.
Habelə əgər insan müəyyən xərclər hesabına yemlədiyi davar və mal-qara heyvanatı saxlasa, bu zaman da həmin şəxs heyvanat zəkatı deyil ticarət zəkatı verəcək. Yəni insan bir ilin tamamında onu dəyərləndirməli və hesablanan dəyərin (ربع العشر ), bizim dildə desək iki tam onda beş faizini (2,5%) verməlidir. Məsələn on min manat puldan 250 manat zəkat çıxarılır.Ticarət zəkatının nisabı isə, ən azı 85 qramm qızıl dəyərinə çatmalıdır.
Ancaq əgər bir adam yemək üçün yaxud ehtiyacından əlavə gələni satmaq üçün toyuq, ördək və digər quşlar və heyvanlar saxlayarsa, bu halda onun üzərinə zəkat düşmür. Ən doğrusunu Allah bilir.