Bəzi ərəbdilli rafizi saytları Şeyxul-İslam İbn Teymiyyəni (qaddəsəllahu ruhahu) məsxərəyə qoyur və Şeyxul-İslamın sehrbaz və onun süpürgənin üzərində uçması haqda sözlərini axmaqların sayıqlığı kimi qələmə verirlər. Əslində onlar bunu bilsələr də, bilməsələr də, yer üzünün ən axmaq və kütbeyin məxluqu məhz rafizilərdir. Onların cəfəngiyat dolu sözlərinə və nağıllarına ən dərin fantaziyalı insan belə mətəl qalır. Sehrbazın havada uçmasını yaxud süpürgənin və ya digər əşyanın üzərində uçmasını nə şəriət, nə də ki sağlam ağıl inkar etmir. Uca Allah Qurani Kərimdə Süleyman Peyğəmbərin (aleyhi-s-sələm) əhvalatını xəbər verir. Süleyman Peyğəmbər Səba kraliçasının ərşini istədikdə onun xidmətində duran İfrit belə buyurmuşdur: “Cinlərdən çox qüvvətli birisi dedi: Sən məclisdən qalxmamış mən onu sənə gətirəcəm.” (ən-Nəml:39)
Qurani Kərimdə keçən bu ayədən bəlli olur ki, cinlər ağılasığmaz sürətlə hərəkət etməyə qadirdilər və onların havada uçması istisna edilmir. Üstəlik aşağıdaki hədis onların uçmaq qabiliyyətinə malik olduqlarını isbat edir.
Əbu Sə`ləbə əl-Xuşəni (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Cinlər üç növdür: Bir növü qanadlı olub havada uçandır. Digər növü ilanlar və itlərdir. Bir növ də, bir yerdə qərar tutanlar və yer üzünü dolaşanlardır.” ( Sahihul cəmi`:3114)
Bəlli olur ki, cinlərin bir növü uçmaq qabiliyyətinə malikdirlər. Sehrbazların onların xidmətindən istifadə etməsi və onların vasitəsilə bir məkandan digər məkana uçması isə mümkün bir şeydir. Çünki cinlər sehrbazlara müəyyən şeylər müqabilində xidmət göstərirlər.
Şeyxul-İslam ibn Teymiyyə (rahiməhullah) “ən-Nubuvvat” kitabında demişdir: “Sehrbazın sehr vasitəsilə və sehr olmayan şeylərlə digər şəxsi öldürməsi və xəstəliyə salması mümkün və insanlar arasında bilinən məsələdir. Habelə onun süpürgəyə yaxud böyük səhəngə və digər şeylərə minib onun üzərində uçmasıdır. Onun bir ölkədən digər ölkəyə havada uçması diri məxluqların edə biləcəkləri şeydir. Çünki quşlar və cinlər bunu edirlər (yəni uçurlar).”
Hafiz ibn Kəsir təfsir kitabında demişdir: Şafii dedi: “Əgər bir adamın suyun üzərində gəzdiyini və havada uçduğunu görsəniz ona aldanmayın və onun işini Quran və Sünnəyə ərz edin!” İbn Əbu Hatimin rəvayətində: “Ona meyl etməyin!”
Habelə fəqihlər süpürgənin üzərində uçan sehrbazın hökmü barədə danışmışlar.
İbn Qudamə əl-Məqdisi (rahiməhullah) “əl-Muqni`” kitabında demişdir: “Süpürgəyə minib havada hərəkət edən sehrbaz və onun mislində olan şəxs kafir olur və öldürülür.”
Mər`i ibn Yusuf əl-Kərmi əl-Hənbəli (rahiməhullah) “Ğayətul muntəhə” kitabında demişdir: “Süpürgəyə minib havada hərəkət edən yaxud ulduzların ona xitab etdiyini iddia edən şəxs kafirdir.”
Şeyx Salih ibn Useymin (rahiməhullah) “əl-Qaulul mufid” kitabında demişdir: “Bunu (onların uçmasını) onlardan Şeyxul-İslam ibn Teymiyyə qeyd etmişdir. Cinlərdən istifadə edən və onların vasitəsilə uçan sehrbazlar. Onlar Arafa günü öz ölkələrində sabahlayır daha sonra insanlarla birgə Arafada dururlar. Bunu günümüzdə təyyarələr vasitəsilə etmək mümkündür. Lakin o vaxtlar təyyarələr mövcud deyildi. Onları şeytanlar aparırdı. Onlar (sehrbazlar) evin təmizliyi üçün istifadə edilən süpürgələr düzəldir və deyirdilər: Mən süpürgəyə minib Məkkəyə uçacağam. Daha sonra bunu edirdilər. Şeyxul-İslam deyir: Bunlar yalançıdırlar. Onlar sadəcə şeytanlardan yararlanırlar. Onlar hətta əməli yöndən belə yaramaz iş görürlər. Çünki onlar miqatı adlayır və ehrama girmirlər.”
Yəni süpürgə və digər əşyalar sadəcə görünüş üçün istifadə edilir. Əslində onları havada saxlayan və uçurdan cinlərdir.
Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) “Məcmu əl-fətəva” kitabında buyurur: “Buna görə bir çox insanlar vardır ki, onlar havada uçurlar. Onları havada saxlayan isə şeytanlardır.”

Bəlli olur ki, burada gülməli və ağılasığmaz heç bir şey yoxdur. Rafizilərə gülmək yox ağlamaq lazımdır. Çünki onların alimləri sehri caiz görür və onların kitabları sehr və kahinliklə doludur. Onların zikr kitablarında belə kişini qadına sevdirən tilsimlər, habelə digər kitablarında sehrə açıq-aydın dəlalət edən müxtəlif yazılı dairələr, rəmzlər və işarələr mövcuddur. Vallahul mustəan.

Yazar:  Emil Cəfərli