Kafirlərin bayramlarında onlara şərik olmaq böyük günahlardan biridir. Onların bayramları təzim ediləcəyi zaman isə həmin əməl İslamdan çıxaran küfrə çevrilir.
Uca Allah buyurur: “Onlar yalana şahidlik etməzlər.” (əl-Furqan:72) Bir sıra səhabə və tabiinlərə görə həmin ayədə gələn “yalana şahidlik” müşriklərin bayramlarıdır. Bunu İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, İbn Sirin, Dahhak, Rabi` ibn Ənəs və digər sələf alimləri demişlər. Furqan surəsinin axırlarında gələn ayələrdə Uca Allah möminlərin sifətlərini və onların böyük günahlardan uzaq olmalarını qeyd edir.
Abdullah ibn Amr ibn Aas (radıyəllahu anhumə) demişdir: “Kim əcəmlərin ölkəsində məskunlaşar, onların Novruzu və şənliyini keçirər, özünü onlara bənzədər və bu hal üzərə ölərsə qiyamət günü onlarla birgə məhşərə çəkilər.” (əs-Sünən əl-kubra:9/235,əl-İqtida:1/754)

Şeyxul-İslam İbn Teymiyyə səhabənin “onlarla birgə məhşərə çəkilər” sözlərinə izah gətirərək demişdir: “Bu isə, bütün bu işlərdə onlara şərik olan şəxsin kafir olacağını yaxud bu əməlin cəhənnəmi vacib edən böyük günahlardan biri olduğunu tələb edir. Halbuki birinci onun sözlərinin zahiridir.” (əl-İqtida:1/954)
Şeyxul-İslam (rahiməhullah) müşriklərin bayramlarında, onlara şərik olmaq haqda demişdir: “Bir sıra alimlər bu işləri edən şəxsin kafir olacağını qeyd etmişlər. Çünki bu şeylərdə küfr şüarları təzim edilir. Bəzi alimlər isə demişlər: Onların bayram günündə heyvan kəsən şəxs sanki donuz kəsmişdir.” (əl-Fətəval kubra:2/487)
İbn ət-Turkməni əl-Hənəfi nəsranilərin bayramlarında bəzi müsəlmanların çoxlu pul xərcləmək və uşaqları şənliklərə aparmaq kimi əməllərini qeyd etdikdən sonra demişdir: Bəzi hənəfi alimləri demişlər: Əgər biri qeyd olunan şeyləri etsə, daha sonra bu əməllərdən tövbə etməsə, onlar mislində kafir olar. Malikin bəzi əshabı isə demişlər: Novruz günündə heyvan kəsən şəxs sanki donuz kəsmiş mislindədir.” (əl-Lumə` fil havadis val bidə`:1/492)
Əbu Hafs əl-Kəbir ən-Nəsəfi əl-Hənəfi demişdir: “Əgər biri həmin gündə, onu təzim edərək müşrikə bir yumurta hədiyyə etsə kafir olar.” (Fəthul bəri, libni həcər:2/526)
İbn əl-Qayyim (rahiməhullah) demişdir: “Əbu Hənifənin əshabının kitablarında gəlmişdir: “Əgər biri onların bayram günündə, bayramı təzim etmək məqsədilə onlara qarpız hədiyyə etsə kafir olar.” (Əhkəmu əhli-z-zimmə:3/1250)
Əl-Bəhru-r-raiq kitabında gəlmişdir: “Əbu Hafs əl-Kəbir ən-Nəsəfi demişdir: “Əgər bir adam əlli il Uca Allaha ibadət etsə ardından Novruz gunu bəzi müşriklərə, onların bu gününü təzim etmək məqsədilə bir yumurta hədiyyə etsə kafir olar və onun bütün əməli puça çıxar.
Habelə “əl-Cəmiul əsğar” kitabının müəllifi demişdir: “Əgər biri Novruz günü digər müsəlmana hədiyyə versə, ancaq bununla həmin günü təzim etməyi qəsd etməsə və sadəcə bəzi insanların adəti üzrə bunu etsə kafir olmaz. Ancaq onun xüsusi olaraq həmin gündə bu əməli bir daha etməməsi gərəkdir. Həmin qövmə bənzəməmək üçün bunu ya öncəki yaxud da sonraki vaxtlarda etsin. Artıq Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Bir qövmə bənzəyən şəxs onlardandır.”
Habelə “əl-Cəmiul əsğar” kitabında gəlmişdir: “Əgər bir adam kafirlərin aldığı və özünün öncələr almadığı bir şeyi Novruz günü alsa və müşriklərin təzim etdiyi kimi bununla həmin günü təzim etmək istəsə kafir olar. Əgər sadəcə yemək, içmək və həzz almağı qəsd etsə kafir olmaz.” (əl-Bəhru-r-raiq şərh kənzi-d-dəqaiq, libni nuceym:8/555)
İbn Həbib (rahiməhullah) demişdir: “İbn əl-Qasim müsəlmanın nəsraniyə onun bayramında mükafat olaraq hədiyyə verməsini bəyənməmiş və bu əməli onun bayramını təzim etmək kimi qəbul etmişdir.” (ət-Təc val İklil:4/319)

İbn əl-Qayyim (rahiməhullah) demişdir: “Kafirlərə xas olan şüarları təbrik etmək yekdilliklə haramdır. Məsələn onların bayramlarını və orucunu təbrik edib: Bayramın mübarək olsun!-demək yaxud bu və buna bənzər bayramlara görə fərəhlənmək. Bunu deyən insan küfrə (düşməkdən) xilas olsa da, haram işlətmiş olur. Bu əməl, insanı xaça səcdə etməsi münasibətilə təbrik etmək mislindədir. Üstəlik həmin əməl Allah qatında şərab içmək, insanı qətlə yetirmək, zina etmək və buna bənzər şeylər münasibətilə təbrik etməkdən günah və nifrət baxımından daha şiddətlidir. Dinin qədrini bilməyən bir çoxları, etdikləri əməlin yaramaz olduğunu bilmədikləri halda bu cür (haramlara) düşürlər. Buna görə də, əgər biri digər insanı günah işə yaxud bidətə yaxud küfrə görə təbrik etsə, özünü Allahın nifrətinə və qəzəbinə məruz qoyacaq.” (Əhkəmu əhli-z-zimmə:1/441)

Yazar:  Emil Cəfərli